ARB TV-nin "Sayqa ilə" verilişində müğənni Afaq Aslana evlilik təklifi edən gənclə bağlı maraqlı məlumatlar ortaya çıxıb.
RePost.Az xəbər verir ki, studiyaya gələrək müğənninin qarşısında diz çökən və evlilik təklif edən gənc ətir dükanlarından birində satıcı işləyir.
Gənclikdə yerləşən ətir dükanında çalışan gənc heç də iddia olunan kimi model deyil. Afaqa sevgi etiraf edən gənc ətir satılan mağazaya müştəri toplamaqla məşğuldur.
Qeyd edək ki, ötən gün yayımlanan verilişdə gənc oğlan müğənnidən “Yox” cavabı aldığı üçün huşunu itirərək yerə yıxılıb. Sözügedən görüntülər sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub.
RePost.Az