Dövlət siyasətinin təməlində bir əsas prinsip dayanır – Azərbaycan vətəndaşlarının maraqları. 
 
RePost.Az xəbər verir ki, bu sözləri “Həftə” verilişinin qonağı olan Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
 
Prezidentin köməkçisi həmin gün aksiyaya heç bir aidiyyatı olmayan vətəndaşlara yaratdılan bu diskomforta görə üzr istəyib:
 
"Polis oqranları asayişi qorumaq üçün məcbur oldu ki, vətəndaşların hərəkətini məhdudlaşdırsın. Ona görə də mən polis orqanlarının və Azərbaycan dövlətinin adından dinc vətəndaşlarımıza, həmin gün o aksiyaya heç bir aidiyyatı olmayan vətəndaşlarımıza yaratdığımız bu diskomforta görə üzr istəyirəm. 200 min adamın ritmik həyatının pozulmasının məsuliyyətini müxalifət, təşkilatçılar, Azərbaycanın mərkəzini qarşıdurmaya, xaosa, anarxiyaya çevirmək istəyən siyasətçilər daşıyır".
 
Əli Həsənov müxalifət partiylarının həmin o ambisiyalı, həmin o antimilli siyasətçilərinin ətrafında cəm olan vətəndaşlara çağırış edib:
 
"Əgər sizin hakimiyyətlə bağlı probleminiz varsa, prezidentin köməkçisi kimi mən və digər 6-7 köməkçisi, yəni hər birimiz sizin müvafiq problemlərinizi dinləməyə hazırıq. Sizi narahat edən problemləri dinləməyə hazırıq".


Baxış sayı: 3903 | Tarix: 21.10.2019
Bizi Telegramda izləyin: @repostaz