“İldə bir dəfə yada düşən 20 yanvar faciəsi ilə bağlı yaddaşıma həkk olunmuş hadisə nə həmin gün işdən evə qayıdanda atışmaya düşdüyüm, nə iki gün sonra Azneft meydanında sovet tankının idarə etdiyim “Jiquli”nin üstündən keçməsidir. Bu o günlər hamının başına gələ bilərdi və gəlirdi”.

RePost.Az xəbər verir ki, bunu hüquqşünas Adil ismayılov öz Fcaebook səhifəsində yazıb. O qeyd edib ki, 1991-ci ildə Bakı qarnizonu hərbi prokurorunun 30 yaşlı müavini Rauf Kişiyev (sonralar Azərbaycan Respublikası Hərbi prokurunun müavini oldu, hazırda Müdafiə Nazirliyində idarə rəisidir) böyük risk edərək 20 yanvar hadisələri ilə əlaqədar başlanmış və SSRİ hərbi prokurorluğunun xüsusi istintaq qrupu tərəfindən araşdırılan cinayət işinin materiallarının böyük bir hissəsini,minlərlə səhifə istintaq materialları, xəritələr, madii sübutları Azərbaycan Respublikası prokurorluğuna verə bilmişdi (Cinayət işinin materiallarının qalan hissəsi artıq Moskvaya göndərilmişdi).

“Yəqin ki, respublika prokurorluğunda olan həmin materialları indi yaxşı halda arxivdə toz basıb. Mən o vaxt cinayət işinin müəyyən hissəsini oxuya bilmişdim və inanın kı, orda bu qanlı faciənin obyektiv araşdırılmasına kömək edəcək , sovet müstəntiqlərinin gözü ilə işıqlandırılmış kifayət qədər məlumat var. Sonralar bu iş üzrə istintaqın kim tərəfindən, necə aparılmasından, hazırda istintaqın vəzyyətindən hamı kimi mən də məlumatsızam. Amma görünən odur ki, bizim hüquqşünaslara qalsa hüquqi müstəvidə bu işin heç bir perspektivi yoxdur. Yaxşı olmazmı ki, həmin materiallar ictimailəşdirilsin və ən azından tarixçilərin öz araşdırmalarında onlardan istifadə etmək imkanı olsun. Ona görə bolüşdüm ki, sonra deməyək ki, demədim...”, - Adil ismayılov əlavə edib.

RePost.Az


Baxış sayı: 3067 | Tarix: 20.01.2017
Bizi Telegramda izləyin: @repostaz