Oktyabrın 28-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qəbələ filialının açılış mərasimi olub.
RePost.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin filialın kollektivi ilə görüşən Prezident İlham Əliyev onlara məsləhətlər verib:
"Sizə gələcəkdə yeni uğurlar arzulayıram. Arzu edirəm ki, bu müəssisədə yaxşı işləyəsiniz, həm ailə büdcənizə töhfə verəsiniz. Ərlərdən bir qədər az asılı olasınız və həm də burada gözəl sənətimizi yaşadasınız".