Olimpiya çempionu Namiq Abdullayevin qardaşı Natiq Abdullayev məşhur aparıcı Elçin Əlibəylini döyüb.
RePos.Az xəbər verir ki, E.Əlibəyli bu barədə şəxsi “Facebook” hesabında məlumat yayıb.
O, status yazaraq, aldığı ağır zərbədən səhhətində ciddi problemlər yarandığını və təcili şəkildə əməliyyata ehtiyac olduğunu bildirib.
“Oktyabrın 19-u qonşum tərəfindən siyasi motivlərə görə döyülsəm də, bu günə kimi döyən şəxsin Olimpiya çempionu Namiq Abdullayevin qardaşı olması hesabına DİN susur. Bu ölkədə haqq-ədalət yoxdur nəticəsinə gəlirəm.
Döyülmək və söyülmək davası deyil mənim davam, Avropa çempionu olan qonşum fənd işlədərək, təpiklə mənim əməliyyatdan yenicə çıxdığım yırtıq (qrija) partlaması hesabına aldığım ağır zərbədən günlərlə çəkdiyim əziyyətdir”.