Təhsil nazirinin müvafiq əmrinə əsasən, Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət gimnaziyasının, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Füzuli rayonu M.M.Xəzani adına musiqi təmayüllü internat tipli Gimnaziyasının incəsənət və yaradıcılıq istiqamətləri üzrə tədris aparan ixtisas müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçirilib.

RePost.Az xəbər verir ki, Təhsil Nazirliyindən “oxu.az”a verilən məlumata görə, qiymətləndirilməsi aparılan heyətin əməkhaqqı 1 oktyabr 2019-cu il tarixindən etibarən Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” 2016-cı il 11 iyul tarixli 270 nömrəli qərarına uyğun olaraq artırılıb.

Qeyd edək ki, 2014-cü ildə Bakı şəhərində başlanan diaqnostik qiymətləndirmə mərhələli şəkildə ölkənin digər şəhər və rayonlarını əhatə edib.

Ümumilikdə 150 minədək müəllimin bilik və bacarıq səviyyəsi qiymətləndirilib, onların dərs yükü 1.5, əməkhaqqı iki dəfə artırılıb.


Baxış sayı: 3466 | Tarix: 13.11.2019
Bizi Telegramda izləyin: @repostaz