Bu gün Bakının Səbail rayonunun bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyət olacaq.
 
“Azərsu” ASC-dən RePost.Az-a verilən məlumata görə, Bakı şəhəri Səbail rayonu Fikrət Əmirov küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 18 dekabr 2019-cu il tarixində gün ərzində Fikrət Əmirov, Üzeyir Hacıbəyov və Xəqani küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
 

Baxış sayı: 3789 | Tarix: 18.12.2019
Bizi Telegramda izləyin: @repostaz