Tovuzda oğurluq faktının üstü açılıb. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Vahidli kəndində Nüsrət Abdullayevə məxsus mənzildə qeydə alınıb.
 
Naməlum şəxs  mənzilə daxil olaraq oradan 1100 manat pul aparıb. Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq edən Abulbəyli kənd sakini 32 yaşlı Zakir Aşırov saxlanılıb. Z. Aşırov götürdüyü pulun 400 manatını polisə təhvil versə də, yerdə qalan məbləğ ilə borcların ödədiyini deyib.
 
Fakta bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır. 
 


Baxış sayı: 3713 | Tarix: 23.01.2017
Bizi Telegramda izləyin: @repostaz