Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı yanında “Sumqayıt Nəqliyyat” MMC-nin rəisi Xannı Rüstəmovdan bir müddətdir xəbər yoxdur.
Onun çalışdığı MMC-də səlahiyyətlərindən sui istifadə edərək, külli miqdarda vəsaiti ələ keçirdiyi bildirilir. Aparılan araşdırma zamanı məlum olub ki, X.Rüstəmov şəhər ərazisində fəaliyyət göstərən marşrut xətlərində hər bir nəqliyyat vasitəsindən qanunsuz olaraq vergi toplayıb. Gündəlik sürücülərdən toplanan plan X.Rüstəmovun öz qaydalarına görə yığılıb. Bu proses onun fəaliyyəti dövründə, yəni bir neçə il davam edib. X.Rüstəmov topladığı pullarla aradan çıxıb.
 
Məsələ ilə bağlı "Sumqayıt Nəqliyyat" MMC-dən "report az" saytına bildirilib ki, X.Rüstəmov işində yol verdiyi nöqsanlara görə vəzifəsindən uzaqlaşdırılıb.
 

Baxış sayı: 3770 | Tarix: 06.01.2020
Bizi Telegramda izləyin: @repostaz