Bu gün yanvarın 23-də saat 10:00-dan 18:00-dək Bakının Binəqədi, Yasamal və Nəsimi rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
“Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən RePost.Az-a verilən məlumata görə, məhdudiyyətə səbəb avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar yolun tikinti sahəsinə düşən qaz xətlərinin təhlükəsiz əraziyə köçürülməsi və yeri dəyişdirilmiş xətlərin qaz təchizatı mənbəyinə birləşdirilməsidir.
Aparılan işlərin Sabunçu rayonunun bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.
Aparılan işlər gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranan fasilələr aradan qaldırılacaq.
“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.