Bakının Binəqədi rayonunda diqqət çəkən hadisə baş verib. Ata böyük oğlu ilə birlikdə bir neçə il azyaşlı qızına təcavüz edib
RePost.Az xəbər verir ki, bu barədə "oxu.az"a hüquq-mühafizə orqanlarından məlumat daxil olub.
Bildirilib ki, şübhəlilər tutulub və hadisə ilə bağlı cinayət işi başladılıb (onların adları açıqlanmır).
İstintaq prosesi Binəqədi rayon Prokurorluğu tərəfindən aparılır və Respublikanın Baş prokurorunun nəzarətindədir.
Təcavüzə məruz qalan qızın 13 yaşı var. Uşağın məktəbə getməməsi ilə bağlı məktəbdə yaranan narahatlıqdan sonra hadisənin üstü açılıb.
Müəllimlər qızla əlaqə saxlayıblar, uşaq olanların son üç ildə başına gələn bütün hadisəni və buna görə dərsləri buraxdığını danışıb.
Binəqədi Rayon Polis İdarəsi işçiləri dərhal şübhəli pedofilləri tutublar.
Hadisə ilə bağlı bütün lazımi sübutlar əldə edilərək, onlara qarşı cinayət işi başlanılıb.
Saxlanılan qardaşın 21 yaşı var.
Hazırda təcavüzə uğrayan qızla psixoloqlar məşğul olur.