Müğənni İlahə Fədanın Tacir Şahmalıoğlu barəsində səsləndirdiyi fikirlər cavabsız qalmayıb.
 
BAKU.WS xəbər verir ki, Xəzər TV-nin "Hər şey daxil" proqramının qonağı olan Şahmalıoğlu duet ortağı Fədayə Laçının bacısına belə cavab verib:
 
"Mən Fədayə ilə hər gün bir yerdəyik. Hər gün də olmasa, günaşıırı bərabər toylara, verilişlıərə gedirik. Buradan İlahə xanıma səslənirəm, əgər istəyirsənsə, yanıma gəl, Fədayə kimi sənə də sənəti öyrədim, sən də sənətinlə gündəmə gəl. Belə qalmaqalla gəlmə, qadınlığına yaraşmır. Əgər onun dediyi kimi mən Fədayə xanıma ziyan vurmuşamsa, 60 faizin 20 faizi mənlikdir. 40 faizini elə İlahə xanımın özü vurub".
 
Xatırladaq ki, müğənni İlahə Fəda sosial şəbəkədə videomüraciət yayaraq T.Şahmalıoğlunun bacısına və ailəsinə böyük ziyan vurduğunu bildirmişdi.
 
Fədayə Laçın həbsxanadan çıxdıqdan sonra İlahə Fəda bacısının bir daha Tacir Şahmalıoğlu ilə duet oxumayacağını demişdi. Lakin onun bu sözlərindən sonra keçmiş duet ortaqları yenidən bir yerdə göründülər. Birlikdə efirə də çıxdılar, toya da getdilər. 


Baxış sayı: 4682 | Tarix: 05.02.2020
Bizi Telegramda izləyin: @repostaz