Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov vəfat edib.
RePost.Az xəbər verir ki, bu barədə səhiyyə eksperti Adil Qeybulla sosial şəbəkədə yazıb.
Adil Qeybulla bildirib ki, İsgəndər Həmidov bu gün dünyasını dəyişib.
Qeyd edək ki, İsgəndər Həmidov 1948-ci ildə oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub.
1965-ci ildə Tərtərdə orta məktəbi bitirmişdir. 1988-ci ildə başlanan Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən olub.
1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-na qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb.