Səhiyyə Nazirliyi koronavirusdan qorunma yollarını açıqlayıb.
 
RePost.Az xəbər verir ki, video şəklində yayılan məlumatda əlləri yeməkdən əvvəl və ictimai yerlərdə gəzintidən sonra ilıq su və sabunla ən azı 20 saniyə ərzində yumaq lazım olduğu bildirilib:
 
"Yaxınlığınızda soyuqdəymə və qrip əlamətli insan gördükdə mümkün qədər uzaq durmağa çalışın. Özünüzdə soyuqdəymə, halsızlıq, yüksək hərarət halları aşkar etdikdə dərhal həkimə müraciət edin. İş masasının üstü hər gün spirtlə dezinfeksiya edilməlidir. Qapı dəstəklərini, mətbəx mebellərini, stol, tualet, telefon, klaviatura və vanna otağını təmiz saxlayın.
Qeyd olunub ki, heyvanlar da koronavirusun daşıyıcısı ola bilər:
 
"Ümumdünya Səhiyyə Təşkilatı tövsiyə edir ki, ehtiyac yoxdursa, canlı və ya ölü heyvanlara toxunmayın. Heyvanlarla təmasdan sonra əllərinizi yumağı unutmayın. Ət məhsullarının yaxşı bişirilməsinə diqqət edin”, - deyə məlumatda bildirilib.
 


Baxış sayı: 3485 | Tarix: 26.02.2020
Bizi Telegramda izləyin: @repostaz