Bakıda elektrik enerjisinin verilməsində problemlər yaranıb.

Bu barədə BAKU.WS-in “qaynar xətt”inə çoxsaylı müraciətlər daxil olub.

Müraciətlərə əsasən, paytaxtın bəzi yerlərində, əsasən Nizami rayonu, Əhmədli qəsəbəsi və digər yerlərdə elektrik enerjisinin verilişi dayandırılıb.
Bundan başqa, Xırdalan şəhərinin bəzi yerlərində də işıqlar sönüb. Metropolitenin "Elmlər Akademiyası" stansiyasında işıqlar sönüb və qatarlar tuneldə qalıb.

Məsələ ilə əlaqədar “Azərişıq” ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev BAKU.WS-ə açıqlamasında bildirib ki, hazırda araşdırma aparılır.

"Azərenerji" ASC-dən RePost.Az-a bildirilib ki, 110 kilovoltluq stansiyada baş verən təkan nəticəsində Bakının bir hissəsinə elektrik enerjisinin verilməsində qısa fasilə yaranıb.

Məlumata görə, hazırda problem aradan qaldırılıb və elektrik enerjisinin ümumi şəbəkəyə verilməsi hissə-hissə bərpa olunur.

 


Baxış sayı: 3770 | Tarix: 27.02.2020
Bizi Telegramda izləyin: @repostaz