Sosial şəbəkələrdə qalmaqallı hadisə müzakirə edilir.

RePost.Az  xəbər verir ki, jurnalist Əsli Əlizadə həmkarı Təbriz Mirzəyevin ona təcavüz etdiyini bildirib. O, hadisənin bir neçə il əvvəl baş verdiyini, amma buna rəğmən heç kimə şikayət etmədiyini deyib:

“Universitetdən diplomdan başqa heç nə gözləməyib kənarda kurslara, təlimlərə gedirdim. Elə Təbriz Mirzəyevlə də həmin təlimlərin birində tanış oldum. Həmin gün yenə Təbrizlə görüşüb onlara getdik, həmişəki kimi birlikdə səhər yeməyi hazırlayıb, sonra şəhərə çıxacaqdıq. Amma hər şey gözlənilmədən oldu, mənim istəyim olmadan, mənim icazəm olmadan… Əlimdən ağlamaqdan başqa bir şey gəlmirdi, hər şey üçün gec idi. Sonra ayağa qalxdım, getmək istəyəndə Təbriz məni saxladı. Gözüm mətbəx bıçağına sataşdı, bıçağı götürüb Təbrizin boğazına dayadım. Gözlərindəki qorxunu görürdüm.

“Bilmədən oldu”, “bağışla” dedi. Təbrizi öldürmək istəyirdim, amma ömrümün bu çağlarını həbsdə keçirməkdən qorxdum. Sonra polisə şikayət etmək ağlıma gəldi. Amma bu cəmiyyətdə təcavüzə uğramaq da günahdır axı. Qulağımda bu iyrənc cəmiyyətin haqqımda nələr deyəcəyi səsləndi o şokla – “qızın o evdə nə işi vardı ki, təcavüzə də uğradı”, “yaxşı qız olsaydı, təcavüz etməzdilər”. Bəs polis ata-anamı çağırsaydı? Anam öldürərdi məni, atam “papağımı yerə soxdun” deyərdi. Bilirsiniz neynlədim? Təcavüzə uğrayan qızı təcavüzkarıyla evləndirib namusu təmizləmək kimi bir adət var axı bizdə, eynisini etməyə çalışdım. Bu dəfə təcavüzə uğrayanın öz istəyilə…

Təbrizdən başqa heç kimin olmasını istəmədim həyatımda, “bakirə deyil, hər istədiyi ilə əlaqədə olur” deməklərini, pula bədənimi satmaq istəmədim. Planlaşdırdım ki, Təbrizi razı salaram, evlənərik, sonra da boşanaram. O qədər əclaf, amma bir o qədər də yazıq idi ki… Çox çalışdım, bu günə qədər həmən hadisəni bilənlər də, elə Təbrizin özü də onun dərdindən öldüyüm üçün arxasınca süründüyümü düşünürlər. Sonra cəhənnəm olsun hər şey dedim. Təbrizi unutdum. Sonra öyrəndim ki, iş yoldaşlarına mənim ilk olmadığımı, daha üç qızın başına bu oyunu gətirdiyini deyib”.

Təbriz isə Əslinin dediklərini təkzib edib:
“Çox ciddi məsələlər var, hazırda üstümə iyrənc formada şər və böhtan atılır. Mövzununun əslini isə hər kəs çox yaxşı bilir. Mənə qarşı bu addımı kimlərin niyə atdığını, kimlərdən tapşırıq alındığını vaxt edib ətraflı açıqlayacağam. Canlı yayım da edəcəyəm və bununla bağlı gərəkən bütün addımları atacağam. Nurlan Qəhrəmanlı (Əsli Əlizadənin hazırda həyat yoldaşı olan şəxs – red.) kimi şərəfsizlə evlənən bir qadının, özünü qadınlığa sığmayacaq bir vəziyyətə qoyması qısa zamanda ona uyğunlaşmasının nəticəsidir. Bu sizin və bu planı birlikdə qurduğunuz o şəxsin də sonunu gətirəcək! Heç biriniz bağışlanmayacaqsınız. Bundan əmin olun”.


Baxış sayı: 4188 | Tarix: 11.03.2020
Bizi Telegramda izləyin: @repostaz