Amerikalı yazıçı, medium və hopnoterapevt Silviya Braun koronavirus barədə hələ 12 il əvvəl öz kitabında yazıbmış.

RePost.Az sondakika.com-a istinadən xəbər verir ki, 2008-ci ildə çap olunan “End of Days” (Günlərin sonu) kitabında bu barədə bəhs edildiyi məlum olub.

“2020-ci ildə dünyaya ağciyər və bronxlara təsir edən və bütün məlum müalicələrə cavab verməyən, zökəmə bənzər ciddi bir xəstəlik yaranacaq. Xəstəliyin özündən də təəccüblü olan onun qəfil gəldiyi kimi qəfil də yoxa çıxması gerçəyidir. 10 il sonra xəstəlik yenidən yayılacaq və o zaman tamamilə aradan qalxacaq”, - kitabda yazılıb.


Baxış sayı: 2174 | Tarix: 12.03.2020
Bizi Telegramda izləyin: @repostaz