Dünyada 266 073 nəfər koronavirusa yoluxub və indiyədək 11 184 ölüm faktı qeydə alınıb.
 
RePost.Az-ın məlumatına görə, yoluxmuşların sayı gündə 32 min artaraq 266 073-ə çatıb, virusa yoluxma hadisələrinin sayı 1344 nəfər artaraq 11184-ə çatıb.
 
Ən çox ölüm və yoluxma halları Avropa bölgəsində qeydə alınıb – 128 541 və 6000 yoluxma halı.
 
Koronavirusa ən çox yayılma halı Çində qeydə alınıb.
Bu ölkədə 81 321 nəfər COVID-19 infeksiyasının daşıyıcısıdır.
 
Pandemiyanın ən çox yayıldığı ölkələrin siyahısında İtaliya ikinci yerdə qərarlaşıb. Rəsmi məlumata görə, bu ölkədə 53 578 koronavirusa yoluxma təsdiqlənib.
 
ABŞ COVID-19-un təsdiq edilmiş yoluxma hallarının sayına görə Çin və İtaliyadan sonra dünyada üçüncü yerə çıxıb.
 
Bu barədə ABŞ-ın federal və yerli hakimiyyətinin statistikasını aparan Cons Hopkins Universiteti bildirib.
 
Qeyd edilir ki, ölkədə təxminən 25,5 min koronavirusa yoluxma qeydə alınıb, 300-dən insan pandemiyanın qurbanı olub.
 
Universitetin məlumatına görə, ABŞ-da yeni virusa 25 493 yoluxma təsdiqlənib, 307 nəfər ölüb.
 
ABŞ koronavirusun yayılmasına görə yalnız Çindən və İtaliyadan geri qalır. Son həftə ərzində bu ölkədə COVID-19 infeksiyasına yoluxma halları onqat artıb.
 
Qeyd edək ki, ABŞ-dan sonra siyahıda İspaniya qərarlaşıb. Bu ölkədə 25,3 min nəfər yeni virusun daşıyıcısıdır. Almaniya siyahıda (22,2 min nəfər) 5-ci, İran (20,6 min nəfər) 6-cı yerdədir.

Baxış sayı: 3333 | Tarix: 22.03.2020
Bizi Telegramda izləyin: @repostaz