Digər Xəbərlər
Martın sonunadək, təqribən 1 həftəyə Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq.
RePostAz-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlama verib.
Onun sözlərinə görə, müəssisənin gündəlik maksimal istehsal gücü 200 min maskadır.
"Son 1 ayda Azərbaycanda ən çox maska satılan gün 200-210 min ədəd olub. Odur ki, gündəlik 200 min maska istehsalı tələbatı ödəyəcək. Paralel olaraq idxal və depolarda ehtiyatlar da var", - deyə İbrahim Məmmədov əlavə edib.