Koronavirusa görə, müəyyən şirkətlərə və vətəndaşlara güzəştlər ediləcək.
	 
	RePost.Az-ın məlumatına görə, bu barədə İqtisadi İnkişaf naziri Mikayıl Cabbarov AZTV-yə müsahibəsində deyib.
	 
	Onun sözlərinə görə, xüsusi karantin rejimində insanlar evdə qaldığına görə, elektrik enerjisinin istehlakı artır. Ona görə də hazırlanan layihədə əhaliyə tətbiq ediən limitin artırılması təklif olunur.