“Bütün regionlarda virus var”.
 
RePost.Az xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.
 
O deyib ki, Azərbaycanın bütün regionlarında koronavirus yayılıb: “Testlər bütün əhali üçün deyil. Heç bir ölkədə bu tətbiq edilmir. Biz bacardığımız qədər kliniki simptomları və təmasda olduqları şəxsləri test edirik. Bir viruslu xəstə hərəkət etməklə ətrafına 30-40 xəstə toplayır”.

Baxış sayı: 4321 | Tarix: 02.04.2020
Bizi Telegramda izləyin: @repostaz