Ölkədə koronavirusa yoluxmanın qarşısının alınması üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığına əsasən, sərnişin daşınma ilə bağlı yeni qaydalar müəyyən olunub.

RePost.Az xəbər verir ki, yeni qaydalara əsasən, insanların yoluxmasının qarşısını almaq üçün avtobuslarda sərnişin sıxlığı aradan qaldırılmalıdır. Yəni sərnişinlər oturacaqda tətktək aparıllmalı, insanlar arasında minimum 1 merlik məsafə qorunmalıdır. Lakin əksər özəl şirkətlər bu qaydalara əməl eləmir. 

Əməkdaşımız Hicran Əsədovanın 160 saylı marşrut xətti ilə hərəkət edən avtobusda müşahidə etdikləri də bunu sübut edir. 

Həmin görüntüləri tədiqm edirik:


Baxış sayı: 4245 | Tarix: 02.04.2020
Bizi Telegramda izləyin: @repostaz