Bakıda intihar olub.

 

Binəqədi Rayon Prokurorluğundan  Apa-ya verilən məlumata görə, 7-ci mikrorayon sakini, 1960-cı il təvəllüdlü Ramiz Xudaverdi oğlu Quliyev yaşadığı binanın 8-ci mərtəbəsindən özünü atıb.

 

O, yerindəcə ölüb.

 

Qeyd edək ki,  R. Quliyev keçmiş polis əməkdaşıdır, Nizami Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsinin rəis müavini olub.

 

İntiharın səbəbləri araşdırılır.


Baxış sayı: 3846 | Tarix: 25.01.2017
Bizi Telegramda izləyin: @repostaz