TƏBİB Azərbaycanda koronavirusla bağlı aprelin 12-nə olan statistik göstəriciləri açıqlayıb.
 
RePost.Az xəbər verir ki, məlumatda ötən gün ərzində Azərbaycanda koronavirusla bağlı 3 000 test edildiyi bildirilib.
 
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 66 667 test aparılıb.
 
Xatırladaq ki, dünən Azərbaycanda koronavirusa 40 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 1 098 yoluxma aşkarlanıb. Xəstəliyə yoluxanlardan 250-si sağalıb, 11-i ölüb. Hazırda aktiv xəstə sayı 837-dir.

Baxış sayı: 2364 | Tarix: 13.04.2020
Bizi Telegramda izləyin: @repostaz