Hazırkı dövrədək ölkəmizdə 1 592 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
 
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan RePost.Az-a verilən məlumata görə, onlardan 1 013 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib.
 
58 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
 
Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
 
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 114 410 test aparılıb.

Baxış sayı: 2212 | Tarix: 24.04.2020
Bizi Telegramda izləyin: @repostaz