Azərbaycanda 4 maydan etibarən karantin rejimi yumşaldılacaq.
 
RePost.Az xəbər verir ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən qeyd olunan ərazilərdə rayonlar və şəhərlərarası gediş-gəliş bərpa olunur.
 
İctimai nəqliyyatla sərnişindaşıma xidməti isə istisna edilib.
 
Növbəti mərhələdə sanitar-epidemiloji vəziyyətdən asılı olaraq mövcud məhdudiyyətlərdən daha bir qisminin aradan qaldırılması ilə bağlı qərar veriləcəkdir.
 
Qeyd edək ki, COVID-19 virusu ilə bağlı ölkədəki sanitar-epidemioloji vəziyyət mütəmadi təhlil edilərək müvafiq qaydalar tətbiq olunur. Bu səbəbdən COVID-19 virusuna yoluxma dinamikası və xəstəliklə bağlı ölkədəki vəziyyət zərurət yaradarsa, xüsusi karantin rejiminin yenidən sərtləşdirilməsi mümkündür.

Baxış sayı: 2269 | Tarix: 01.05.2020
Bizi Telegramda izləyin: @repostaz