Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov qəzaya düşüb.
 
RePost.Az-ın məlumatına görə, nazirin dünən günorta saatlarında Azadlıq prospekti ilə Bakıxanov küçəsinin kəsişməsində xidməti maşını qəzaya düşüb.
 
Mühafizəçilər dərhal naziri onu müşayiət edən maşına əyləşdirərək hadisə yerindən uzaqlaşdırıblar.
 
Yayılan videodan görünür ki, 90 AA 900 nömrə nişanlı “Mercedes” markalı avtomobil işıqforun qırmızı işığından keçərək “Maserati” markalı avtomobillə toqquşur. Zərbənin gücündən təhlükəsiz yastıqları açılır.  
 
Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərov baş verən qəzadan danışıb.
 
Nazir hər şeyin qaydasında olduğunu bildirib:
 
“Yayılan görüntülərdə hər şeyi gördünüz. Nəsə olsaydı, onu da görərdiniz. Baş verən qəzada xəsarət alan olmayıb. Bir şey olsaydı deyərdim. Hər şey qaydasındadır. Özümü yaxşı hiss edirəm. Çox sağ olun”.


Baxış sayı: 2820 | Tarix: 21.05.2020
Bizi Telegramda izləyin: @repostaz