“Pakistan Beynəlxalq Hava Yolları”na məxsus təyyarənin Kəraçi şəhər aeroportu yaxınlığında qəzaya uğraması nəticəsində azı 90 nəfər ölüb.
 
RePost.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Bol news” telekanalı məlumat yayıb.
 
“Federal Aviasiya naziri Qulam Sərvər Xan “Pakistan Beynəlxalq Hava Yolları”na məxsus təyyarənin Kəraçi aeroportu yaxınlığında qəzaya uğraması nəticəsində azı 90 nəfərin öldüyünü təsdiqləyib”, - deyə telekanal bildirib.
 
Telekanal, həmçinin qeyd edib ki, aviaqəza nəticəsində beş ev və bir neçə avtomobil də məhv olub.
 
Pakistanın Mülki Aviasiya İdarəsinin nümayəndəsinin məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 91 sərnişin və 7 ekipaj üzvü olub. İnsidentdən sonra azı iki nəfərin sağ qaldığı, təyyarənin düşdüyü evlərdə bir neçə nəfərin də xəsarət aldığı qeyd olunur.

Baxış sayı: 4321 | Tarix: 22.05.2020
Bizi Telegramda izləyin: @repostaz