Nazirlər Kabineti yanında Operativ Qərargahın şəhərlərarası sərnişindaşıma ilə bağlı növbəti qərarında yumşaldılma olacaqsa, daha uzaq məsafə qət edəcək avtobuslarda yeni qaydalar tətbiq ediləcək.
 
RePost.Az Xezerxeber.az-a istinadla xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova "Xəzər Səhər"in efirində deyib.
 
Nuridə Allahyarova bildirib ki, yeni qaydalarda xüsusi izolyasiya tədbirləri nəzərdə tutulub. Yəni sərnişindaşıma əvvəlki kimi olmayacaq. Onun sözlərinə görə, şəhərlərarası sərnişindaşıma üçün biletlər də məhdud sayda olacaq.
 
Nuridə Allahyarovanın daha geniş açıqlamasını təqdim edirik:


Baxış sayı: 736