Koronavirusun ilk dəfə ortaya çıxdığı və bütün dünyaya yayıldığı Çində tibb məsləhətçisi professor Li Lanjuan koronavirusun mənfi 20 dərəcədə 20 il yaşaya biləcəyini söyləyib.
 
RePost.Az-ın məlumatına görə, Lanjuan virusun soyuğa davamlı olduğu üçün ölkələr arasında asanlıqla yayıldığını və bu səbəblə də donmuş qidalar üzərindən yoluxma ehtimalı olduğunu bildirib.
 
Lanjuan virusun yoluxma riskinin çox olduğu üçün donmuş qida ticarətində nəzarətin gücləndirilməsinin vacibliyini bildirib. O, koronavirusun donmuş qida satılan bazardan çox sürətlə yayıldığını vurğulayıb.

Baxış sayı: 2364 | Tarix: 22.06.2020
Bizi Telegramda izləyin: @repostaz