Müğənni Fədayə Laçın artıq martdan bu yana Moskvada yaşayır.
 
RePost.Az “axşam.az”a istinadən xəbər verir ki, koronavirus infeksiyasının yeni yayılmağa başladığı ərəfədə sənətçi Moskvada konsert və toy şənliyində yer almaq üçün ora yollanıb. Daha sonra sərhədlər bağlandığı üçün Fədayə geri qayıda bilməyib.
 
Oğlu Əlhəmlə birlikdə kirayə ev tutan ifaçı artıq 7 aydır ki, orada qalır. Hər dəfə sosial şəbəkədə izləyicilərinin bununla bağlı suallarını cavablandıran müğənni "Yollar bağlıdır, açılanda gələcəm. Bakıdan köçməmişəm" cavabını verib.
 
Əldə etdiyimiz məlumata görə, F.Laçın sərhədlər açılandan sonra da Bakıya qayıtmamaq qərarı alıb. Yaradıcılığına da orada davam edən sənətçi hər gün toy, şənliklərdə çıxış edir.

Baxış sayı: 3295 | Tarix: 10.09.2020
Bizi Telegramda izləyin: @repostaz