Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi" ilə qarşılaşacaq İstanbulun "Qalatasaray” klubu Bakıya gəlib. 

RePost.Az xəbər verir ki, Türkiyəli futbolçular Bakıda maraqlı mənzərə ilə qarşılaşıblar. 

Qarşılama görüntüləri "Qalatasaray"ın rəsmi "İnstagram" və "Facebook"dakı fan səhifələrində paylaşılıb. Video "Can Azərbaycanda qardaşlarımız komandamızı aslanlar kimi qarşıladı!" şərhi ilə yerləşdirilib. 
 
Klub üzvlərinin yolunun üstündə olan paytaxtdakı körpülərdən birinin üzərində "Xoş gəldin, könüllərin əfəndisi" yazılan plakat açılıb. Klub möhtəşəm qarşılanma mərasimi üçün "Qalatasaray" tərəfdarlarına təşəkkür edib. Videonu 120 minə yaxın insan bəyənib. 
 
Qeyd edək ki, saat 18:00-da baş məşqçi Fatih Terimin mətbuat konfransı, 18:30-da isə "Qalatasaray"ın ilk 15 dəqiqəsi mətbuat üçün açıq olan məşqi nəzərdə tutulub. Sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Neftçi" - "Qalatasaray" matçı saat 20:00-da start götürəcək. 

 


Baxış sayı: 3219 | Tarix: 16.09.2020
Bizi Telegramda izləyin: @repostaz