2021-ci ildə Azərbaycanın milli valyutası olan manatın ABŞ dollarına olan məzənnəsi 1,7 manat səviyyəsində saxlanılacaq.
 
 RePost.Az xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2021-ci il dövlət büdcəsinin müzakirəsi zamanı deyib.
 
Nazirin sözlərinə görə, manatın məzənnəsinin saxlanması üçün zəruri addımlar atılacaq.
Nazir deyib ki, növbəti ilin büdcəsi bonus xarakterli büdcə  olacaq: “Bu qərar makroiqtisadiyyatı və iqtisadi fəallığın təmin edilməsinə xidmət edir.  Ona görə də əLvə vəsait cəlb olunacaq. Bu məqsədlə Dövlət Neft Fondundan 2021-ci ildə büdcəsinə 12,2 mlrd manataın transfert edilməsi planlaşdırılır. İqtisadi fəallığı təmin etmək üçün  əlavə mənbələrdən gəlirlər cəlb olunacaq”- nazir vurğulayıb.
Nazir onu da əlavə edib ki, büdcədə ciddi problemlərin yaranmaması üçün büdcə kəsirinin artırılması nəzərdə tutulur.

Baxış sayı: 2231 | Tarix: 23.12.2020
Bizi Telegramda izləyin: @repostaz