“2008-ci ildə Astara şəhərində su və kanalizasiya layihəsi ilə bağlı tenderin qalibi elan olunub. Ötən dövr ərzində su problemi həll olunsa da, hələ də kanalizasiya məsələsi həllini tapmayıb”.
 
RePost.Az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında  gələn ilin büdcə zərfinin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.
 
R. Mahmudov deyib ki, bu layihənin indiyə qədər tam icra olunmaması seçicilərdə suallar doğurur və bu sualı da dünən seçicilərdən biri parlamentdə səsləndirilməsini xahiş edib: “Büdcəmizin imkanlarının ən geniş olduğu bir dövrdə Astara şəhərinin su və kanalizasiya ilə bağlı məsələ niyə kəm-kəsirlə yerinə yetirilib? Seçicim məntiqi olaraq sual verir ki, Şuşada bu il su və kanalizasiya işlərinə başlanılsa, müvafiq qurumlar o işləri neçə ilə başa çatdıracaqlar? Xahiş edirəm ki, büdcə müzakirələri zamanı “Azərsu” ASC rəhbərliyi bu sualı cavablandıraydı”

Baxış sayı: 2402 | Tarix: 25.12.2020
Bizi Telegramda izləyin: @repostaz