Təhsil Nazirliyinin təklifinə əsasən, ölkə ərazisində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi mərhələli olaraq əyani formada sanitar-gigiyenik tələblər nəzərə alınaraq bərpa olunacaq.
 
RePost.Az Baku.WS istinadla xəbər verir ki, 8 fevral tarixindən layihə tutumu və şagird sıxlığı təhsilalanlar arasında fiziki (sosial) məsafəni (ən azı 1.5 metr) gözləməyə imkan verən ümumi təhsil müəssisələrində tədris ümumi orta təhsil səviyyəsində (I-IX siniflərdə) həftədə 5 dəfə olmaqla nəzərdə tutulur.
 
15 fevral tarixindən isə ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə (müvafiq laboratoriya və xüsusi təchiz edilmiş auditoriyalarda) və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunması planlaşdırılır.
 
Mövcud vəziyyətdə şagird və tələbələrin ictimai nəqliyyatdan istifadə edərkən sıxlıqla üzləşəcəyi qaçılmazdır. Əyani təhsilin bərpasını nəzərə alaraq Bakı metrosunun fəaliyyətinin bərpası böyük maraqla qarşılanır. Bunu nəzərə alaraq "Bakı Metropoliteni" QSC-yə müraciət etdik.
 
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirdi ki, metronun fəaliyyətinin bərpası ilə bağlı Nazirlər Kabinetindən hər hansı göstəriş daxil olmayıb:
 
"Bununla bağlı ilk növbədə Nazirlər Kabineti qərar verir və sonra bizim quruma göstəriş daxil olur. Hazırda "Bakı Metropoliteni"nin gündəlik iş şəraitində bütün infrastruktur qorunub saxlanılır və qərar çıxarsa, fəaliyyətini bərpa etməyə tam hazırdır".

Baxış sayı: 3048 | Tarix: 04.02.2021
Bizi Telegramda izləyin: @repostaz