Azərbaycanda COVID-19-a yoluxmanın yayılmasına görə 52,2 %-lə Bakı şəhəri ilk yerdədir.
 
RePost.Az xəbər verir ki, bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.
 
Belə ki, ölkə üzrə koronavirus testi müsbət olan şəxslərin 13,3%-i Aran zonasında yaşayır. Aparılan statistikaya əsasən, siyahıda koronavirusa yoluxmaların 12,9 %-i Abşeron rayonunda, 8,1%-i Gəncə-Qazax bölgəsində, 3,2 %-i Şəki-Zaqatala, 3 %-i Quba-Xaçmaz, 2,9 %-i Lənkəran rayonunda, 2,5 %-i Dağlıq Şirvan, 1,4 %-i isə Yuxarı Qarabağda qeydə alınıb.
 
Yoluxanların 0,05 %-i Naxçıvanda yaşayanlardır.
 
Xatırladaq ki, xəstələnənlərin 0,4 %-ni ölkə xaricindən gələn şəxslər təşkil edir.

Baxış sayı: 2915 | Tarix: 08.02.2021
Bizi Telegramda izləyin: @repostaz