Azərbaycanda 8-ci sinif şagirdinin 38 yaşlı kişi ilə nişanlanması xəbərinə rəsmi şəkildə reaksiya verilib. 
 
Daxili İşlər Nazirliyindən RePost.Az-a verilən məlumata görə, məsələ artıq nəzarətə götürülüb. Araşdırmalardan sonra qanun çərçivəsində tədbir görüləcək və ictimaiyyətə məlumat veriləcək.
 
***10:35
 
Azərbaycanda daha bir şok hadisə yaşanıb. 
 
RePost.Az xəbər verir ki, “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” səhifəsində Lənkəran şəhərində 14 yaşlı qızın 38 yaşlı kişiyə nişanlandığını yazıb.
 
O bildirib ki, nişanlanan qız Masallı rayon Bədəlan kənd sakini, 8-ci sinif şagirdi Zeynəb İsmayılova (ad, soyad şərtidir) olub:
 
“14 yaşlı məktəbli qızın atasının vəfat etdiyi üçün o hazırda anası ilə birlikdə Bədəlan kəndində babasının evində yaşayır. Seymur adlı oğlan isə Rusiya vətəndaşıdır və orada sahibkarlıqla məşğul olur”.
 
O əlavə edib ki, qız özündən 24 yaşlı böyük nişanlısı ilə Rusiyada yaşayacaq:
 
“Bir müddət sonra isə 38 yaşlı şəxs ailədən etibarnamə alaraq qızı da Rusiyaya aparacaq. Sonra da 14 yaşlı qız ana olmağa hazırlaşacaq”.

Baxış sayı: 2934 | Tarix: 08.06.2021
Bizi Telegramda izləyin: @repostaz