Fransa - Almaniya matçından sonrakı mətbuat konfransında (1:0) Pol Poqba maraqlı addımla diqqət çəkib.
 
RePost.Az xəbər verir ki, "Mançester Yunayted"in üzvü Kriştiano Ronaldonun bir gün öncəki hərəkətini təkrarlayıb. Belə ki, Poqba mətbuat konfransı zamanı masanın üzərindəki pivə şüşəsini götürərək yerə qoyub. Halbuki, "Heineken" turnirin sponsor şirkətlərindən biridir. 
 
Qeyd edək ki, Portuqaliya yığmasının ulduzu Kriştiano Ronaldu mətbuat konfransında AVRO-2020-nin sponsorlarından olan "Coca-Cola"nın şüşələrini masadan götürüb, su ilə əvəzləmişdi.

Baxış sayı: 3922 | Tarix: 16.06.2021
Bizi Telegramda izləyin: @repostaz