Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən RePost.Az-a verilən məlumata görə, iyulun 18-də saat 19 radələrində Qəbələ rayonu ərazisində Ağcabədi rayon sakini A. Məmmədov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən Əmirvan kənd sakini Sədiyar Vəliyevi vurub.
 
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
 
Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.

Baxış sayı: 844 | Tarix: 19.07.2021
Bizi Telegramda izləyin: @repostaz