Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” 1 aprel 2021-ci il tarixli Sərəncamına əsasən Qubadlı və Kəlbəcər Hərbi prokurorluqları yaradıldıqdan sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə qeyd olunan hərbi prokurorluqların struktur və ştat tərkibi müəyyən edilib.
 
Baş Prokurorluğun Mətbuat xidmətindən RePost.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, müvafiq əmrlərlə Bayramov Mahir Ələmdar oğluna Kəlbəcər hərbi prokuroru, Mürsəlov Elşən Xıdır oğluna Qubadlı hərbi prokuroru vəzifələrinin icrası həvalə edilib.

Baxış sayı: 3390 | Tarix: 25.08.2021
Bizi Telegramda izləyin: @repostaz