Bu gün Şuşada Vaqif Poeziya Günlərinin açılışı olacaq.
 
Bu barədə RePost.Az-a Heydər Əliyev Fondundan məlumat verilib.
 
Bildirilib ki, Heydər Əliyev Fondunun təşklatçılığı ilə keçirilən Vaqif Poeziya günləri Şuşa işğaldan azad edildikdən sonra dogma şəhərində ilk dəfədir təşkil olunur.
 
Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə keçiriləcək tədbir iki gün davam edəcək. Poeziya günləri çərçivəsində çıxışlar, ədəbi simpozium, sərgilərin açılışı olacaq.

Baxış sayı: 3105 | Tarix: 30.08.2021
Bizi Telegramda izləyin: @repostaz