Sentyabrın 08-də gözlənilən hava şəraiti açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətinin RePost.Az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
 
Güclü şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 17-19° isti, gündüz 22-24° isti, Bakıda gecə 17-19° isti, gündüz 22-24° isti olacaq.
 
Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək.
 
Nisbi rütubət 60-70 % olacaq.
 
Abşeron çimərliklərində gözlənilən hava şəraiti Güclü şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
 
Dəniz suyunun temperaturu:
 
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti,
 
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.
 
Tibbi-meteoroloji proqnoz
 
Sentyabrın 8-i gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
 
Azərbaycanın rayonlarında: Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə saatlarında Böyük Qafqazın və Lənkəran-Astara zonasının bəzi yerlərində intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gecə ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-23° isti, gündüz 24-29° isti, dağlarda gecə 6-11° isti, gündüz 12-17° isti olacaq.

Baxış sayı: 2991 | Tarix: 07.09.2021
Bizi Telegramda izləyin: @repostaz