Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı tutduğu vəzifədən azad edilməsi üçün ərizə yazıb.
 
RePost.Az xəbər verir ki, o bu barədə "Twitter" səhifəsində paylaşım edib:
 
"Hörmətli dostlar!
 
Artıq TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsindən ayrılmağım üçün ərizə ilə müraciət etmişəm. İstər 44 günlük haqq savaşımızda, istərsə də ümumbəşəri bəla sayılan COVID-19 virusu ilə mübarizədə çiyin-çiyinə çalışdığımız dəyərli məsləkdaşlarıma öz təşəkkürümü bildirir, bu yolda canlarını qurban vermiş həkimlərimizin ruhu qarşısında baş əyirəm.
 
Bundan sonra da Vətənimə və xalqıma xidmətimi davam etdirəcəyəm” - o, tvitində bildirib.

Baxış sayı: 2079 | Tarix: 12.09.2021
Bizi Telegramda izləyin: @repostaz