Gürcüstandan olan bir qrup jurnalist, bloger və akademikin işğaldan azad olunmuş Azərbaycan torpaqlarına səfəri təşkil olunub.
 
APA xəbər verir ki, onlar Füzuli və Cəbrayıl rayonlarına gedərək, orada minatəmizləmə əməliyyatları ilə tanış olacaqlar.
 
Eyni zamanda, ermənilərin işğal müddətində törətdikləri dağıntılarla da tanış olacaqlar. Səfər zamanı qonaqların dağıdılmış mədəni, tarixi və dini abidələrə baş çəkəcəkləri gözlənilir.
 
Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bir qədər əvvəl özünün “Twitter” səhifəsində yazaraq həmin şəxslərlə görüşdüyünü və bir sıra mövzularda səmimi söhbət apardıqlarını bildirib.

Baxış sayı: 1585 | Tarix: 21.09.2021
Bizi Telegramda izləyin: @repostaz