Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin xəritəsində 10 ay sonra ilk dəfə ciddi dəyişiklik edilib.
 
RePost.Az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi qondarma "DQR" və ya keçmiş "DQMV" sərhədlərini əks etdirən xəritəni (birinci şəkildəki çəhrayı xətlər) silib və tamamilə Azərbaycan ərazisi kimi göstərib.
 
Xəritədə artıq yalnızca Azərbaycan-Ermənistan sərhədləri və Azərbaycanın tərkibində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının xidmət bölgələri göstərilir.

Baxış sayı: 2212 | Tarix: 25.09.2021
Bizi Telegramda izləyin: @repostaz