Bakıda hamilə qadın ölüb.

RePost.Az oxu.az-a istinadən bildirir ki, 20 yaşlı Yeganə Mirzəyeva hamiləlik ilə əlaqədar yaşadığı Sabirabad rayonunda mərkəzi xəstəxananın doğum şöbəsinə aparılıb.

Onu orada tanınmış həkim-ginekoloq Lalə Kazım müayinə edib. Həkim daha sonra hamiləni Bakıdakı xəstəxanalardan birinə göndərib. Hamilə həmin xəstəxanada ölüb.

Bundan sonra Y.Mirzəyevanın həyat yoldaşı, anası və qayınanası Sabirabad Rayon Mərkəzi Xəstəxanasına gedərək, Lalə Kazımı ittiham edib və onu döyüb. 

Qeyd olunan faktlarla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır. 


Baxış sayı: 2535 | Tarix: 15.11.2021
Bizi Telegramda izləyin: @repostaz