Ermənistan Silahlı Qüvvələrinin əsgəri döyüş postunda qətlə yetirilib.
 
BAKU.WS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, başından ölümcül güllə yarası almış 18 yaşlı Movses Aramaisoviç Tadevosyanı dekabrın 31-də səhər saat 10:50-də aşkarlayıblar.
 
O, hospitala aparılarkən yolda keçinib.
 
Tadevosyanla bir postda olmuş digər əsgər hadisəni törətməkdə şübhəli bilinərək saxlanılıb.

Baxış sayı: 4131 | Tarix: 04.01.2022
Bizi Telegramda izləyin: @repostaz