Türk Dövlətləri Təşkilatının (TDT) üzvləri hesab edirlər ki, Qazaxıstan hakimiyyətinin asayişi və əmin-amanlığı bərpa etmək imkanları var və təşkilat ölkəyə lazımi dəstəyi göstərməyə hazırdır.
 
Bu barədə informasiyanı TDT yayıb.
 
"Biz Qazaxıstanda sülh və sabitliyə verdiyimiz önəmi vurğulayır və üzv ölkəmiz Qazaxıstanla güclü həmrəyliyimizi bildiririk.
 
Qardaş qazax xalqının sağlam düşüncəsinə və normal həyata qayıtmaq istəyinə arxalanırıq. İnanırıq ki, Qazaxıstan hakimiyyətinin sülh yolu ilə gərginliyin azaldılması, nizam-intizam və əmin-amanlığın bərpası üçün imkanları var. Qazaxıstan hökumətinə və xalqına ehtiyacı olan hər cür dəstəyi verməyə hazırıq. Etirazlar zamanı həlak olanlara başsağlığı verir, yaralılara şəfa diləyirik”. Təşkilatın açıqlamasında belə deyilir.

Baxış sayı: 3998 | Tarix: 07.01.2022
Bizi Telegramda izləyin: @repostaz