ABŞ Dövlət Departamentinin 2023-cü il üçün büdcə layihəsinə əsasən, Azərbaycana 9,1 milyon dollar vəsaitin ayrılması planlaşdırılır.
 
APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin dərc etdiyi sənəddə bildirilib.
 
Qeyd olunub ki, gələn il Gürcüstana 88 milyon, Ermənistana isə 23,4 milyon dollar ayrılması planlaşdırılır.
 
2023-cü ildə Beynəlxalq hərbi təhsil və təlimlər çərçivəsində Azərbaycana və Ermənistana 600 min dollar, Gürcüstana isə 1,75 milyon dollar ayrılması nəzərdə tutulub.
 
Sənəddə o da qeyd olunub ki, 2023-cü ildə Avropa və Mərkəzi Asiya regionuna ümumilikdə 984,4 milyon dollar ayrılması planlaşdırılır.

Baxış sayı: 4587 | Tarix: 29.03.2022
Bizi Telegramda izləyin: @repostaz