Rusiya və Türkmənistan xarici işlər nazirləri Moskvada görüşəcək.
 
APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
 
Onun sözlərinə görə, dekabrın 6-da Rusiya XİN başçısı Sergey Lavrov Türkmənistan XİN başçısı Rəşid Meredovu qəbul edəcək. “Türkmənistan XİN başçısı iqtisadi əməkdaşlıqla bağlı Rusiya-Türkmənistan hökumətlərarası Komissiyasının 12-ci iclasında iştirak etmək üçün gəlir. Tərəflər Rusiya-Türkmənistan əməkdaşlığının əsas mövzularını, regional və beynəlxalq gündəmin aktual məsələlərini, eləcə də iki ölkənin müxtəlif formatlarda əməkdaşlığını müzakirə etməyi planlaşdırırlar”, deyə Rusiya XİN sözçüsü qeyd edib.

Baxış sayı: 3295 | Tarix: 30.11.2022
Bizi Telegramda izləyin: @repostaz